Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
"Topçular" rəqib meydanında “Ximki”ni 2:1 hesabı ilə məğlub edib.
Meydana start "11-lik"də çıxan Ayaz sonadək mübarizə aparıb.
17 tura 19 xal toplayan “Arsenal” 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Nihat