Avropada transfer bombası partlayır

Avropada transfer bombası partlayır
Avropada transfer bombası partlayır. Fanat.az хəbər verir ki, İngiltərənin məhşur "The Sun" qəzeti "Çelsi"nin Paul Poqbanın transferini bitirdiyini iddia edib.
Qəzetin iddiasına görə, bu transfer London klubuna 96 milyon avroya başa gələcək. "The Sun" yazır ki, "Çelsi" Poqbaya qarşılıq olaraq Oskar, Villian və Xuan Quadradonu "Yuventus"a verəcək. Bu səbəbdən transfer 96 milyon avroya başa gələcək.
Qeyd edək ki, Paul Poqba 2012-ci ildə müqaviləsi başa çatdığından "Mansester Yunayted"dən "Yuventus"a pulsuz getmişdi. 22 yaşlı futbolçu Turin klubunda 133 rəsmi oyuna çıхıb və 24 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər