"Mançester Siti" uzun müddətdi heyətinə qatmaq istədiyi Kevin De Bruynenin transferini bitirib. Fanat.az хəbər verir ki, İngiltərə klubunun "Volfsburq"la anlaşdığı iddia olunub.
Məlumata görə, "Mançester Siti" bu transfer üçün almanlara 80 milyon avro ödəyəcək. Bununla da 24 yaşlı ulduz Bundesliqadan ayrılan ən bahalı futbolçu olub. Kevin De Bruyne "Hoffenhaym"dan 41 milyon avroya "Liverpul"a keçən Roberto Firminonun rekordunu qırıb.
İddia olunur ki, "Mançester Siti" futbolçuya illik 10 milyon avro maaş verəcək.
Qeyd edək ki, Kevin De Bruyne ötən ilin yanvarında "Çelsi"dən 25 milyon avroya "Volfsburq"a keçmişdi. Ötən mövsüm alman klubunun heyətində 51 oyuna çıхan Belçika yığmasının üzvü 16 qol vurub və 28 məhsuldar ötürmə edib.
Fanat.az