Argentinalı futbolçu Almaniyada həbs olundu

Argentinalı futbolçu Almaniyada həbs olundu
Argentinalı futbolçu Dieqo Plakente həbs olunub. Fanat.az xəbər verir ki, Almaniya polisi onu vergidən yayınmaya görə saxlayıb.
2001-ci ildə Argentinanın "River Pleyt" klubundan Almaniya "Bayer"inə keçən futbolçunun günahı 12 il sonra aşkara çıxıb. 2001-2005-ci illərdə "Bayer"də 123 Bundesliqa matçına çıxan 36 yaşlı futbolçu noyabrın 15-də Frankfurt hava limanında saxlanılıb. O, hazırda Frankfurt yaxınlığındakı həbsxanaların birində saxlanılır.
Köln şəhərinin baş prokuroru Ulrix Bremen Plakentenin "Bayer"də oynadığı dövrdəki hadisələrə görə həbs olunduğunu bildirib. Prokuror bildirib ki, futbolçu aldığı 2 milyon avro transfer haqqının vergisini ödəməyib.
Qeyd edək ki, ötən mövsüm "Argentinos Xuniors"da çıxış edən Dieqo Argentina millisində 22 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər