Almaniyadan Azərbaycan millisinə daha bir futbolçu dəvət olunacaq. Fanat.az xəbər verir ki, Rinat Dadaşov yığma komandamızın formasını geyinəcək.
Rinat 16 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət olunacaq. 1999-cu il təvəllüdlü futbolçu A millimizin formasını geyinən Rüfət Dadaşovun qardaşıdı. O, hazırda "Kayzerslautern" klubunun aşağı yaş qrupları üzrə komandalarında çıxış edir.
Fanat.az