Almaniyadan millimizə 3 futbolçu çağırıldı

Almaniyadan millimizə 3 futbolçu çağırıldı
21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə Avstriya və Almaniya yığmaları ilə oyunlar üçün 24 futbolçuya dəvət göndərib.
Baş məşqçinin siyahısında 4 legioner yer alıb. Belə ki, Almaniyanın "Borussiya" (Münhenqladbax) klubundan Bilal Sezer, "TSG Neustrelitz" komandasından Taşkın İlter və Kerem Behnke, Ukrayna "Dnepr"indən isə Dmitri Nağıyev toplanışa dəvət alıb.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə komanda avqustun 26-dan sentyabrın 9-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Elşən Abdullayev - Neftçi
Fəhmin Muradbəyli - Neftçi
Elvin Bədəlov - Neftçi
Məqsəd İsayev - Neftçi
Şahrudin Maqomedaliyev - Sumqayıt
Cəmil Hacıyev - Sumqayıt
Tərlan Əhmədli - Sumqayıt
Orxan Əliyev - Xəzər Lənkaran
İlyas Səfərzadə - Xəzər Lənkaran
Azər Salahlı - Qarabağ
Vüqar Mustafayev - Qarabağ
Rəşad Əzizli - Rəvan
Nicat Muxtarov - Rəvan
Tellur Mütəllimov - Zirə
Adil Nağıyev - Zirə
Budaq Nəsirov - Kəpəz
Azad Kərimov - Kəpəz
Tural Hümbətov - AZAL
Elmin İsmayılov - Şəmkir
Rüstəm Rüstəmli - Bakı
Dmitri Nağıyev - Dnepr (Ukrayna)
Bilal Sezer - Borussiya Münhenqladbax (Almaniya)
Kerem Behnke - TSG Neustrelitz (Almaniya)
Taşkın İlter - TSG Neustrelitz (Almaniya)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər