Almaniya millisinin üzvü rəsmən Bakı klubunda

Almaniya millisinin üzvü rəsmən Bakı klubunda
“Lokomotiv” daha bir voleybolçunun keçidini həll edib. Fanat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsümdə Çempionlar Liqasında oynayacaq Bakı təmsilçisi Almaniya millisinin blokçusu Berit Kauffeldt ilə müqavilə imzalayıb.
Razılaşmaya əsasən, 25 yaşlı oyunçu 2015/2016 mövsümündə “Lokomotiv"in uğurları üçün çalışacaq. 190 sm boya malik Kauffeldt Polşanın "İmpel" klubundan transfer olunub.
O, “Lokomotiv"dən əvvəl “Şverner” (2007-2012, Almaniya), “Pallovolo” (2012-2013) və “Conegliano” (2013-2014, hər ikisi İtaliya) komandalarının şərəfini qoruyub. Millisinin heyətində 49 qarşılaşmaya çıxan blokçu komandanın əsas siması hesab edilir.
Qeyd edək ki, “Lokomotiv” Beritdən öncə Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Yana Əzimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Yaroslava Pencova (Slovakiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ), Hana Çitura (Xorvatiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər