Almaniya Kuboku: "Arminiya" əzmkar qələbə ilə adını yarımfinala yazdırdı

Almaniya Kuboku: "Arminiya" əzmkar qələbə ilə adını yarımfinala yazdırdı

Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş reallaşıb.

“Arminiya” evdə “Verder” üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb.

Daha öncə “Ştutqart” və “Bayer Leverkuzen” də yarımfinala vəsiqəni təmin etmişdilər.

Mərhələnin son dueli sabah “Leyptsiq”lə “Volfsburq” arasında keçiriləcək.

Almaniya Kuboku 1/4 final 25 fevral

Arminiya – Verder 2:1 Qollar: Vorl, 35. Malatini, 41-öz qapısına – Burke, 56.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər