Almaniya Bundesliqası: "Leypsiq"dən inamlı qələbə

Almaniya Bundesliqası: "Leypsiq"dən inamlı qələbə

Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Holştayn” – “Bohum” matçında qalib müəyyənləşməyib. “Leypsiq” isə evdə “Sankt Pauli” üzərində inamlı qələbə qazanıb.

21 turdan sonra “Bayern” 54 xalla vahid liderdir. “Bayer” 46, “Ayntraxt” 39, “Leypsiq” 36, “Ştutqart” 35, “Frayburq” 33, “Maynts” 32, Mönhenqladbax “Borussiya”sı 31, “Volfsburq” və “Verder” 30, Dortmund “Borussiya”sı 29 xal toplayıb.

Almaniya Bundesliqası 21-ci tur 7 fevral

Bayern Münhen – Verder 3:0 Qollar: Keyn, 56-pen; 90+7-pen. Sane, 82.

8 fevral

Borussiya (Dortmund) – Ştutqart 1:2 Qollar: Brandt, 81 – Anton, 50-öz qapısına. Şabo, 61.

Frayburq – Haydenhaym 1:0 Qol: Qrifo, 30.

Hoffenhaym – Union Berlin 0:4 Qollar: Hollerbax, 24; 87. Lyubiçiç, 61. İliç, 73.

Maynts – Auqsburq 0:0

Volfsburq – Bayer Leverkuzen 0:0

Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:1 Qollar: Klayndienst, 26 – Ekitike, 31.

9 fevral

Holştayn – Bohum 2:2 Qollar: Skribski, 3-pen. Zek, 50 – Boadu, 37; 39.

Leypsiq – Sankt Pauli 2:0 Qollar: Şeşko, 16. X.Simons, 35.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər