AL: "Liverpul" evdə darmadağın oldu 

AL: "Liverpul" evdə darmadağın oldu 

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın qrupda və 1/8-də rəqibi olan "Bayer" Leverkuzendə "Vest Hem" üzərində qələbə qazanıb.

İtaliya təmsilçiləri “Milan” ilə “Roma”nın duelində üstün olan tərəf paytaxt klubu olub.

“Liverpul” doğma meydanda “Atalanta”ya gözlənilmədən böyük hesabla uduzubsa, "Olimpik Marsel" Portuqaliyada "Benfika”yla bacarmayıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də baş tutacaq.

UEFA Avropa Liqası 1/4 final, ilk oyunlar 11 aprel

“Milan” (İtaliya) – “Roma” (İtaliya) 0:1

Qol: Mançini, 17.

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) 0:3

Qollar: Skamakka, 38, 60. Paşaliç, 83.

“Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə) 2:0

Qollar: Hofmann, 83. Bonifas, 90+1.

“Benfika” (Portuqaliya) – “Olimoik Marsel” (Fransa) 2:1

Qollar: Rafa Silva, 16, Di Maria, 52 - Obameyanq, 67.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər