"Mançester Siti" "Volfsburq"dan Kevin De Bruynenin transferini tamamlayır. Fanat.az Avropa mətbuatına istinadən хəbər verir ki, artıq İngiltərə və Almaniya klubları razılığa gəlib.
İddia olunur ki, "Volfsburq" "Mançester Siti"nin 70 milyon avroluq təklifini qəbul edib. İldə 10 milyon avro maaşla İngiltərədə oynamağa razılıq verən De Bruynenin gələn həftə rəsmi müqavilə imzalayacağı deyilir.
Qeyd edək ki, 2014-cü ildə "Çelsi"dən 25 milyln avroya "Volfsburq"a keçən belçikalı fxutbolçu Almaniya klubunun heyətində 72 oyun rəsmi keçirib və 20 qol vurub.
Fanat.az