Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi

Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi
Rusiyanın "Rotor" klubu baş məşqçisi Aleksandr Xatskeviçi istefaya göndərib.
 
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, buna səbəb komandanın uğursuz nəticələr göstərməsidir. 
 
Komanda 48 yaşlı belaruslu mütəxəssisin rəhbərliyi altında son olaraq Premyer Liqanın XXIX turunda "Rostov"a evdə 0:4 hesabı ilə uduzub. 
Qeyd edək ki, "Rotor" hazırda 18 xalla 13-cü pillədə qərarlaşıb. Aleksandr Xatskeviç 2019-cu ilin dekabrından komandanın sükanı arxasında olub. O, 1993 - 2005-ci illərdə Belarus yığmasında, 2017 - 2019-cu ildə isə Ukraynanın "Dinamo" (Kiyev) klubunda baş məşqçi kimi çalışıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər