Millimizin üzvü Almaniyada qol vurdu

Millimizin üzvü Almaniyada qol vurdu
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Hannover 96"nın ikinci komandası "Viktoriya"nın (Hamburq) qonağı olub.
Oyun "Hannover 96"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Hesab 2-ci dəqiqədə açılıb. Gökdemir isə 12-ci dəqiqədə matçın ikinci qolunu vurub.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Hannover 96"nın ikinci komandası 12 oyundan sonra 14 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər