Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Taşkın İlterin formasını geydiyi Braunşveyq "Ayntraxt"ının ikinci komandası "Qoslarer"i qəbul edib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü meydana start heyətində çıxıb və matçı əvəzedilmədən keçirib.
Qeyd edək ki, Regional Liqanın Cənub zonasında çıxış edən "Ayntraxt II" 12 oyundan sonra 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Fanat.az