Canluka Ferrero "Yuventus"un prezidenti təyin olunacaq.
Fanat.Az xəbər verir ki, məlumatı kluba nəzarət edən "Exor" holdinqinin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, "Yuventus" ötən gün komandanın idarə heyətini istefaya göndərib. Prezident Andrea Anelli, vitse-prezident Pavel Nedved və baş icraçı direktor Mauritsio Arrivabene öz vəzifələrini tərk ediblər.