"Yuventus"un yeni hücumçusu ilk açıqlamasını verdi

"Yuventus"un yeni hücumçusu ilk açıqlamasını verdi

"Yuventus"un yeni transferi Vlahoviç düşüncələrini bölüşüb.

Fanat.Az xəbər verir ki, bu gün "qoca sinyora" ilə münasibətləri rəsmiləşdirən Serbiya millisinin hücumçusu klubun saytına danışıb:

"Yuventus" qürur, ənənələr və ailə deməkdir. Bu sıradan yox, bir an da təslim olmayan klubdur. Baş məşqçimizin və komanda yoldaşlarımın dəstəyi ilə kollektivə mümükün qədər çox kömək etməyə çalışacağam. Biz uğurlardan doymayan və hər zaman inkişaf etməyə xüsusi önəm verən camiəyik. 

Bu gün mənim doğum günümdür. Belə xüsusi gündə bu klubun futbolçusu oldum. Təbii ki, ən xoşbəxt doğum günlərimdən biridir. "Yuventus"un mənimlə fəxr etməsini istəyirəm. Biz həmişə titullar uğrunda mübarizə aparacağıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər