“Yuventus” bu qış "İnter"in futbolçusunu transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
Xəbərə görə, "Goca senyora" Milan klubundan ayrılmağı düşünən Matias Vesinonu almaq niyyətindədir.
"İnter" özü də futbolçunu satmaq istəyir. “İnter”lə A Seriyasında carı mövsüm cəmi 12 oyunda meydana çıxan futbolçu əsas heyətdə özünə yer qazana bilməyib.