"Yuventus"un yeni baş məşqçisi rəsmən açıqlandı

"Yuventus"un yeni baş məşqçisi rəsmən açıqlandı
"Yuventus"un yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisini "Çelsi"dən ayrılan Mauritsio Sarri çalışdıracaq. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
"Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur. O, bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.
Qeyd edək ki, Sarri ötən ay Bakıda Avropa Liqasının qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər