Mauritsio Sarrini istefaya göndərən "Yuventus”un yeni baş məşqçisinin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib. 41 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yanına qədər olan müqavilə imzalanacaq.
Qeyd edək ki, Pirlo 2011-2015-ci illər aralığında "Yuventus"da çıxış edib. Sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.
Fanat.Az