"Yuventus"un zədəli futbolçusu Adrien Rabyonun (Adrien Rabiot) yaşıl meydana qayıdacağı vaxt bəlli olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi 3 həftədən sonra məşqlərə başlayacaq.
Bud nahiyyəsindən xəsarət alan 26 yaşlı futbolçu hazırda reabilitasiya prosedurundan keçir. Həkimlərin dediyinə görə Rabyo 3 həftə müalicə almalıdır.
Qeyd edək ki, "Yuventus" ölkə çempionatının yeni mövsümündə ilk oyununu 22 avqust səfərdə "Udineze"yə qarşı keçirəcək.
Emin Şəmsiyev