"Yuventus"un yarımmüdafiəçisi getdi - RƏSMİ

"Yuventus"un yarımmüdafiəçisi getdi - RƏSMİ

"Yuventus" Aaron Remsini Şotlandiyanın "Reyncers" klubuna icarəyə verdiyini bəyan edib.

Fanat.Az-ın Turin klubunun rəsmi saytına istinadən məlumatına görə, uelsli yarımmüdafiəçi cari mövsümün sonunadək Qlazqo təmsilçisinin formasını geyinəcək.

İcarə müqaviləsinin müddəti başa çatandan sonra şotlandların futbolçunun transfer hüququna yiyələnib-yiyələnməyəcəyi barədə məlumat yoxdur.

Qeyd edək ki, Remsi "Yuventus"a 2019-cu ildə azad agent statusu ilə keçib. Onun "qoca sinyora" ilə olan müqaviləsinin müddəti 2023-cü ilə qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər