"Yuventus"un xalları yenidən silinəcək

"Yuventus"un xalları yenidən silinəcək

"Yuventus" yenidən xal cəzası ilə üzləşə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb.

Mənbənin məlumatına görə, turinlilər bu və ya gələn mövsüm A Seriyasında doqquz xal itirə bilər.

Yanvarda məhkəmə klubu 15 xallıq cəza ilə cəzalandırsa da, apreldə bu qərar ləğv edilib. Məhkəmə prosesi davam edir. İddiaya görə, sanksiyalar zəiflədiləcək və “Yuventus”dan 15 xal əvəzinə cəmi 9 xal silinəcək.

İşin gecikməsinə görə cəza 2023/24 mövsümünə keçə bilər.

"Yuventus" maliyyə fırıldaqlarında, xüsusən də qeyri-qanuni kapital qazanmaqda ittiham olunur. Bundan əvvəl məhkəmə klubun keçmiş və indiki rəhbərlərini futbol fəaliyyətindən uzaqlaşdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər