"Yuventus"un sabiq üzvü "Qalatasaray"da: Diagne icarəyə verildi - RƏSMİ

"Yuventus"un sabiq üzvü "Qalatasaray"da: Diagne icarəyə verildi - RƏSMİ
"Qalatasaray" heyətinə daha bir futbolçu qatır.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu Mario Leminanı icarəyə götürmək üçün "Sautqempton"la danışıqlara başlayıb. Keçidin bu gün axşam saatlarında rəsmiləşməsi gözlənilir.
Mario Lemina 2017-ci ilin yayında "Yuventus"dan "Sautqempton"a 17,25 milyon avroya transfer olunub. O, ötən mövsüm Premyer Liqa və İngiltərə Kubokunda 23 oyuna çıxaraq bir qol vurub və bir məhsuldar ötürmə edib. Qabon millisinin üzvü əvvəllər Fransanın "Loryan" və "Marsel" klublarında çıxış edib.
Bundan başqa "Qalatasaray" Mbaye Diagneni "Brügge"yə icarəyə verib. Belçika klubu İstanbul təmsilçisinə 3 milyon 350 min avro icarə haqqı ödəyəcək. Futbolçunun 2019/20 mövsümü üçün qalan 2 milyon 115 min avro maaşını "Qalatasaray" ödəyəcək. "Brügge" 2020-ci ilin 30 iyununadək 13 milyon avro ödəyərək Diagnenin transfer hüququnu ala bilər.
Qeyd edək ki, "Qalatasaray" dünən "Monako"dan Radamel Falkaonu transfer edib, İngiltərənin "Briqton" klubundan Florin Andoneni icarəyə götürüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər