"Yuventus"un Ronaldu ilə bağlı planı

"Yuventus"un Ronaldu ilə bağlı planı
Çempionlar Liqasında mübarizəni erkən dayandıran "Yuventus” bombardiri Kristianu Ronalduya yeni müqavilə təklif etmək fikrindən daşınıb.
Fanat.Az xəbər verir ki, Turin klubunun idman direktoru Fabio Paratiçi portuqaliyalı ilə danışıq aparmağı düşünmədiklərini söyləyib.
 
O, 36 yaşlı forvardla bağlı tələsmək istəmədiklərini əlavə edib: "Ronaldunun hələ birillik müqaviləsi var. Hazırda ona yeni müqavilə təklif etmək fikrimiz yoxdur. Bununla bağlı qərar vermək üçün vaxtımız olacaq”.
Qeyd edək ki, Ronaldu cari mövsüm A seriyasında 22 oyunda 20 qol vurub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər