"Yuventus"un qış bazarlığı: 100 milyona bu 3 futbolçunu alacaq

"Yuventus"un qış bazarlığı: 100 milyona bu 3 futbolçunu alacaq

"Yuventus" qış transfer pəncərəsində üç futbolçu ilə müqavilə imzalamağı düşünür.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.

Mənbənin məlumatına görə, turinlilər Donetsk “Şaxtyor”undan Georgi Sudakovu, “Nitsa”dan Kefren Türamı və “Tottenhem”dən Pyer-Emil Höjbyerqi heyətinə qatmağa çalışır.

"Şaxtyor" futbolçusu üçün 40 milyon avro, "Nitsa" və "Tottenhem" isə hər biri 30 milyon avro istəyir.

Sudakovu “Arsenal”, “Benfika”, “Brayton” və “Çelsi”nin skautları da izləyir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər