“Yuventus”un məğlubiyyəti mübahisəyə səbəb oldu

“Yuventus”un məğlubiyyəti mübahisəyə səbəb oldu
"Yuventus”un İtaliya A Seriyasının XXVIII turunda doğma meydanda "Benevento”ya uduzması klubdaxili mübahisəyə səbəb olub.
Fanat.Az xəbər verir ki,  oyundan sonra "Yuventus” klubunun prezidenti Andrea Anyelli ilə komandanın baş məşqçisi Andrea Pirlo arasındakı yüksək tonla müşayiət olunan mübahisə yaşanıb.
Bundan əlavə, komandanın soyunma otağında da futbolçular arasında şifahi münaqişə olub.
 
Bu mübahisədən sonra Anyelli ilə Pirlonun münasibətlərinin pozulduğu və italyan mütəxəssisin yaxın zamanda istefaya göndəriləcəyi iddia olunur.
Qeyd edək ki, son çempion "Yuventus” öz meydanında autsayder "Benevento” komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 69-cu dəqiqə Adolfo Qaiçi olub. Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran "Benevento” turnir cədvəlində 16-cı yerə yüksəlib. "Yuventus” isə 55 xalla üçüncü yerdə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər