"Yuventus"un Kyezanı niyə satmaq istədiyi bilindi

"Yuventus"un Kyezanı niyə satmaq istədiyi bilindi

"Yuventus"un Federiko Kyezanı niyə satmaq istədiyinin səbəbi açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.

Mənbə zədə üzündən "qoca sinyora"nın heyətində ötən il cəmi 5 oyuna çıxan 25 yaşlı hücumçunun illik maaşının 5 milyon avrodan 8 milyon avroya qaldırılmasını istədiyini və bu məqamın Turin klubunu qane etmədiyini vurğulayıb. Xəbərə görə, "Yuventus" rəhbərliyi müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulan ulduz forvardı 40 milyon avroya satmağa hazırdır.

2022-ci ili zədə səbəbindən demək olar ki, boşa verən Kyeza son mövsümdə "Yuve"nin forması ilə ümumilikdə 32 matç keçirib. Bu görüşlərdə 4 qol vuran Federiko 6 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər