"Yuventus"un vinqeri Duqlas Kosta sıradan çıxıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, budundan zədə alan Kosta İtaliya A Seriyasında mövsümün qalan matçlarında iştirak edə bilməyəcək. 29 yaşlı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Lion"a qarşı oynayıb-oynamayacağı da sual altındadı.
Cari mövsümdə 29 matçda meydana çıxan Kostanın aktivində 3 qol və 7 məhsuldar ötürmə var.
Fanat.Az