"Yuventus"un futbolçusu üçün mövsüm başa çatdı

"Yuventus"un futbolçusu üçün mövsüm başa çatdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Yuventus" səfərdə "Vilyarreal"ın qonağı olub. 

Fanat.Az xəbər verir ki, matçın 81-ci dəqiqəsində İtaliya klubunun yarımmüdafiəçisi Ueston Makkenni zədələnərək əvəzlənib. 

Futbolçunun zədəsinin ciddi olduğu aydın olub. "Football Italia" nəşrinin yaydığı məlumata görə, xəstəxanaya aparılan Makkenninin sol ayağındakı iki sümüyündə sınıq aşkarlanıb. Onun mövsümün sonunadək yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər