"Yuventus"un müdafiəçisi Corco Kellini (Giorgio Chiellini) klubun sabiq hücumçusu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) komandadan ayrılmasını şərh edib.
Fanat.Az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, Kellini ulduz futbolçunun komandadan daha əvvəl getməli olduğunu deyib:
"Ronaldu bizi 28 avqustda tərk etdi. Daha əvvəl getsəydi, bizim üçün lap rahat olardı. Hər şey anidən oldu deyə şoka düşdük, pul xərclədik və xallar itirdik. O, klubdan daha erkən ayrılsaydı, hazırlaşmaq üçün vaxtımız olardı".
Xatırladaq ki, hazırda "Yuventus" A Seriyasının turnir cədvəlində 14 xalla 7-ci pillədə qərarlaşıb.
Emin Şəmsiyev