“Yuventus”un futbolçusu əməliyyat edildi

“Yuventus”un futbolçusu əməliyyat edildi

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mattia de Şilyo əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, futbolçu dizindən əməliyyat edilib.

De Şilyo mayın 3-də, “Leççe” ilə oyunda zədələnmişdi. Həkimlər ona dizdə çarpaz bağın yırtılması diaqnozu qoymuşdular.

Futbolçu tezliklə uzun reabilitasiya prosesinə başlayacaq.

30 yaşlı de Şilyo bu mövsüm bütün yarışlar çərçivəsində 25 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər