"Yuventus"un 17 yaşlı futbolçusu Brayan Dodyen həyatla vidalaşıb.
Fanat.Az Turin klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 il xərçənglə mübarizə aparan gənc oyunçu bir müddət öncə üstələdiyi xəstəliyə məğlub olub.
Həkimlər hələ 12 yaşı olan zaman Didyendə xərçəng aşkarlamış, bir müddət müalicə alan yeniyetmə sonradan futbola qayıdaraq "Yuventus"un U-15 komandasında oynamışdı.
Nihat