"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç "Barselona"ya keçmək üzrədi.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Pyaniç "Barselona" ilə müqavilənin şəxsi detallarını razılaşdırıb. Bosniyalı futbolçu Lionel Messi ilə komanda yoldaşı olmaq istəyir. PSJ, "Çelsi" və "Mançester Yunayted" daha çox məvacib ödəməyə hazır olsalar da, sırf Leo faktoru səbəbindən Pyaniçin "yox" dediyi bildirilir.
"Barsa" rəsmiləri 30 yaşlı oyunçunun keçidinin komandadakı atmosferə müsbət təsir edəcəyini düşünürlər. Onun gənclərə yardımçı olmaq baxımından da "blauqrana"ya fayda verəcəyinə ümidlər böyükdü.
Pyaniçin "Barselona", klubun fəlsəfəsi və dəyərləri haqda kifayət qədər məlumatlı olması rəhbərliyin təəccübünə səbəb olub.
Fanat.Az