"Yuventus"un fəxri prezidenti vəfat etdi

"Yuventus"un fəxri prezidenti vəfat etdi
"Yuventus"un sabiq hücumçusu Campyero Boniperti 92 yaşında vəfat edib. 
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
"La Repubblica"nın xəbərinə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib. 
Boniperti 1946-1961-ci illərdə "Yuventus"un şərəfini qoruyub. Turin klubu ilə 5 dəfə ölkə çempionu, iki dəfə kubok qazanan veteran futbolçu 15 il ərzində ərzində 459 oyuna çıxıb və 179 qola imza atıb. O, klubun tarixi ərzində ən çox qol vuran futbolçular sırasında 290 qol vuran Alessandro Del Pyerodan sonra ikinci futbolçudur. 
Boniperti 1971-ci ildən 1990-ı ilə qədər "Yuventus" klubunun prezidenti olub. Onun rəhbərliyi altında tarixində ilk dəfə 1985-ci ildı Avropa Çempionları Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub, 9 dəfə ölkə çempionu adını qazanıb. 1994-1990-cu illər arasında Avropa Parlamentinin deputatı olan Boniperti 2006-cı idən "Yuventus"un fəxri prezidenti sayılır.
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər