"Yuventus"un daha bir maliyyə fırıldağının üstü açıldı

"Yuventus"un daha bir maliyyə fırıldağının üstü açıldı

"Yuventus" yeni saxtakarlıqda ittiham olunur. 

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb. 

Mənbənin məlumatına görə, "qoca sinyora" maliyyə hesabatlarında digər klublarla müqavilələr üzrə öhdəliklərini gizlədib. Bu barədə "Prisma" şirkəti Turin klubunun "Atalanta", "Sassuolo", "Kalyari", "Udineze", "Bolonya", "Sampdoriya" və "Sion" ilə əməkdaşlıq faktlarını açıqlayıb.

Turinin iqtisadi polisi "Yuventus"un 2019-2021-ci illəri əhatə edən hesabatları ilə bağlı ilkin araşdırma zamanı "Sassuolo" və "Atalanta"ya 8 milyon avro məbləğində borcu aşkarlayıb. İstintaqda həmçinin "Yuventus" və "Atalanta"nın təmsilçiləri Fabio Paratiçi və Luka Perkassi tərəfindən imzalanan 2020-ci il üçün sənədlər var.

"Calcio e Finanza"ın hesabatına görə, "biankoneri"nin digər klublarla razılaşmalardan əldə etdiyi şişirdilmiş kapital qazancı 2019-cu ildə 33 milyon avroya çatıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər