"Roma"nın yarımmüdafiəçisi Nikolo Zanyolo karyerasını "Yuventus"da davam etdirə bilər.
Fanat.Az jurnalist Alfredo Pedullanın "Twitter" hesabına istinadən xəbər verir ki, "Yuventus" Zanyoloya görə bonuslarla birlikdə 50 milyon avro ödəməyə hazırdı. Bu məbləğ maddi problemlərlə üzləşən "Roma"nı razı sala bilər.
Cari mövsümdə 26 matçda meydana çıxan 21 yaşlı futbolçunun aktivində 6 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az