“Yuventus”un 15 xalı silindi - RƏSMİ

“Yuventus”un 15 xalı silindi - RƏSMİ

İtaliya A Seriyası rəhbərliyi “Yuventus”u ağır cəzalandırıb.

Fanat.Az xəbər verir ki, Turin klubunun bu mövsüm topladığı xalların 15-i silinib.

Buna klubun fəaliyyətində yol verdiyi maliyyə pozuntuları səbəb göstərilib.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib.

Eyni zamanda klub rəhbərliyində yer almış Paratiçi 2.5, Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Nedved isə 8 ay diskvalifikasiyaya məruz qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər