"Yuventus"la matçda hesabı 5:1 edə bilərdik" - Joau Mariu

"Yuventus"la matçda hesabı 5:1 edə bilərdik" - Joau Mariu

"Benfika"nın yarımmüdafiəçisi Joau Mariu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan matçı - "Yuventus"a qarşı Potuqaliyada keçirdikləri görüşü (4:3) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Eleven Sports" Mariunun dediklərini belə çatdırıb:

"70-ci dəqiqəyə qədər əla oyun sərgilədik. "Yuventus" ikinci qolu vurana qədər hesabı 5:1 edə bilərdik. Amma bu, futboldur. Əla rəqiblə mübarizə apardıq. Biz onların belə desəm, əl-qolunu bağlamışdıq. Lakin İtaliya təmsilçisi sona yaxın səviyyəsini ortaya qoydu. Pley-offa vəsiqə qazandığımız üçün şadam".

Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 11-ə çatdıran "Benfika" sona bir tur qalmış pley-offa yüksəlib. 3 xala malik "Yuventus" isə H qrupunda 3-cü yerdədir və 1/8 finalda oynamaq şansını itirib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər