"Yuventus"dan "Real"a növbəti zərbə: daha bir ulduzu transfer edir

"Yuventus"dan "Real"a növbəti zərbə: daha bir ulduzu transfer edir
Ötən yay Kriştiano Ronaldonu heyətinə qatan "Yuventus" "Real"ın daha bir ulduzuna göz dikib.
Fanat.Az xəbər verir ki, Turin klubunun idman direktoru Fabio Paratisinin yay transfer dönəmi üçün əsas hədəfi Rafael Varandı.
İspaniya və İtaliya mətbuatı iddia edir ki, fransalı futbolçu özü də İtaliyada oynamaq istəyir və bu istəyini "Real" rəhbərliyinə də deyib. "Kral Klubu"nun baş məşqçi Zinəddin Zidan 25 yaşlı müdafiəçini komandada qalmağa razı salmağa çalışır. Amma futbolçu özü komandanı tərk etmək niyyətindədi.
Qeyd edək ki, Rafael Varan "Real"a 2011-ci ildə "Lans"dan 10 milyon avroya transfer olunub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər