“Yuventus”dan ilk turda üç cavabsız qol

“Yuventus”dan ilk turda üç cavabsız qol

İtaliya A Seriyasında yeni mövsümün ilk turunun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş baş tutub.

“Roma” – “Salernitana” matçında qalib müəyyənləşməyib. “Atalanta” səfərdə “Sassuolo”ya, “Yuventus” isə “Udineze”yə qalib gəlib. “Leççe” də doğma meydanda “Latsio” üzərində əzmkar qələbəyə sevinib.

İtaliya A Seriyası 1-ci tur 19 avqust

Cenoa – Fiorentina 1:4 Qollar: Biraski, 58 – Biraqi, 5. Bonaventura, 11. N.Qonsales, 40. Mandraqora, 56.

İnter – Montsa 2:0 Qollar: L.Martines, 8; 76.

Empoli – Verona 0:1 Qol: Bonatsoli, 75.

Frozinone – Napoli 1:3 Qollar: Harrui, 7-pen – Politano, 24. Osimhen, 42; 79.

20 avqust

Roma – Salernitana 2:2 Qollar: Belotti, 17; 82 – Kandreva, 36; 49.

Sassuolo – Atalanta 0:2 Qollar: De Ketelare, 83. Zortea, 90+3.

Leççe – Latsio 2:1 Qollar: Almqvist, 85. Di Françesko, 87 – İmmobile, 26.

Udineze – Yuventus 0:3 Qollar: Kyeza, 2. Vlahoviç, 20. Rabyö, 45+3.

21 avqust

20:30. Torino – Kalyari 22:45. Bolonya - Milan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər