İtaliyanın "Yuventus" klubu Avropa Super Liqası layihəsindən rəsmən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Xəbərə görə, Turin nəhəngi Avropa Klublar Assosiasiyasına üzv olmaq üçün müraciət edib.
Beləliklə, Avropa Super Liqası layihəsində cəmi iki klub qalıb - onun təşəbbüskarları İspaniyanın "Real Madrid" və "Barselona".