“Yuventus”dan 7 aylıq cəza alan oyunçu ilə yeni müqavilə

“Yuventus”dan 7 aylıq cəza alan oyunçu ilə yeni müqavilə

"Yuventus" yarımmüdafiəçisi Nikolo Facoli ilə müqaviləsinin müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, mərc oynadığı üçün ötən ay 7 ay müddətinə futboldan uzaqlaşdırılan 22 yaşlı oyunçu ilə 2028-ci ilin yayınadək sözləşmə imzalanıb. 

Xatırladaq ki, daha əvvəl oyunçunun meneceri Nikolonun qumar asılılığından əziyyət çəkdiyini etiraf etmişdi. Facoli 2021-ci ildən Turin təmsilçisinin əsas komandasında çıxış edir. O, 2022-ci ildən İtaliya yığmasında oynayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər