"Yuventus" argentinalı yarımmüdafiəçisi Leandro Paredeslə yolları ayırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə başa çatan icarə müqavilə yenilənməyib.
Paredes ötən mövsüm Turin təmsilçisinin heyətində 35 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.
Xatırladaq ki, oyunçu müqavilə ilə PSJ-yə məxsusdur və o, Paris təmsilçisinin düşərgəsinə qayıdacaq.
“Yuventus” Paredesdən öncə digər argentinalı yarımmüdafiəçi Anxel Di Mariya ilə də yollarını ayırdığını açıqlamışdı.