"Yuventus" ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Turin klubu Duqlas Kostanı itirib. Çempionlar Liqasının "Valensiya" ilə oyununda ombasından və ayaq biləyindən zədə alan braziliyalı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi "Valensiya" ilə oyunun 66-cı dəqiqəsində Miralem Pyaniçin əvəzinə meydana daxil olsa da, matçın sonlarında zədələnərək yerini Daniel Ruqaniyə verib.
Onu da qeyd edək ki, Kosta İtaliya A Seriyasının IV turunda evdə "Sassuolo"nu 2:1 hesabı ilə məğlub etdikləri matçda rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürdüyünə görə 4 oyunluq cəzalandırılıb.
Fanat.Az