“Yuventus”da 5 illik müqavilə

“Yuventus”da 5 illik müqavilə

"Yuventus" futbolçusu Manuel Lokatelli ilə yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Manuel Lokatelli bu mövsüm "Yuventus"da 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Yuventus" İtaliya çempionatının 11 turundan sonra 26 xalla ikinci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər