"Yuventus" yeni transferini rəsmən açıqladı

"Yuventus" yeni transferini rəsmən açıqladı

"Yuventus" rəsmi saytı vasitəsi ilə "Ayntraxt"ın alman yarımmüdafiəçisi Filip Kostiçin transferini elan edib.

Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçunun müddəti 2026-cı ilə qədər olan müqaviləyə imza atdığı bildirilib.

Maddi şərtlər barədə məlumat verilməyib.

Qeyd edək ki, son mövsümdə Bundesliqada 31 oyuna çıxan Kostiç 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər