"Yuventus" yeni transferə hazırlaşır: Razılıq əldə olundu

"Yuventus" yeni transferə hazırlaşır: Razılıq əldə olundu
"Yuventus" "Fiorentina"nın hücumçusu Federiko Kyeza ilə müqavilənin şəxsi detallarını razılaşdırıb.
Fanat.Az "La Stampa"ya istinadən xəbər verir ki, "Yuve" rəsmiləri Federikonun atası Enrike ilə danışdıqdan sonra razılıq əldə olunub. Transfer baş tutsa, 22 yaşlı futbolçu ilinə 5 milyon avro qazanacaq.
Bununla belə, "bənövşəyilər"in sahibi Rokko Kommissonun Kyezanı 60 milyon avro qarşılığında "Yuventus"a yox, "Mançester Yunayted" və ya "İnter"ə satmaq istədiyi bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər