"Yuventus" yeni futbolçu alır

"Yuventus" yeni futbolçu alır
"Yuventus" "Sassuolo"nun yarımmüdafiəçisi Manuel Lokatelliyə "elçi" düşüb. 
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Nikolo Skira tvitter hesabında yazıb. 
Onun sözlərinə görə, Turin təmsilçisi italyan futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Hətta anlaşmaya müdafiəçi Radu Draquşin ilə hücumçu Marko da Qrakın da adı əlavə oluna bilər. 
Xəbərə görə, "Yuventus" artıq Lokatellini müqaviləyə razı salıb. Klublar arasında danışıqlara isə bu həftə başlanılacaq. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər