"Yuventus"un baş məşqçisi Mauritsio Sarri əsas transfer hədəflərini müəyyənləşdirib.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, siyahının ilk sırasında "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonun adı var. Sarri "zadəganlar"ın cinah müdafiəçisi Emersonu da sərəncamında görmək istəyir.
İtaliyalı mütəxəssisin xidmətində maraqlı olduğu digər futbolçu isə "Napoli"nin hücumçusu Arkadiuş Milikdi. Daha öncə Turin klubunun polşalı oyunçu ilə anlaşdığına dair xəbərlər yayılmışdı.
Fanat.Az