"Yuventus" Voytsexlə müqaviləni uzatmaq üçün şərtlərini açıqladı

"Yuventus" Voytsexlə müqaviləni uzatmaq üçün şərtlərini açıqladı

"Yuventus"un qapıçısı Voytsex Şensnı Turin klubunda qalmaq, 2025-ci ilin iyununa qədər olan müqaviləsinin müddətini uzatmaq istəyir. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Xəbərə görə, "byankonerilər" də polşalını saxlamağa hazırdırlar, lakin bunun üçün o, maaşının azaldılması ilə razılaşmalı olacaq. Hələlik bu məsələ ilə bağlı tərəflər arasında razılaşma yoxdur. 

Hazırkı müqaviləyə əsasən, Şensnı hər il 6,5 milyon avro alır.

Voytsex Şensnı 2017-ci ildən Turin klubunda çıxış edir. 33 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər